"Evlə bağlı bir neçə şəxsə ağız da açmışam" - Partiya sədri

img

19-07-2017 [15:47]


"Azərbaycanda bu gün jurnalistlərə növbəti dəfə ev verildi. Hesab edierəm ki, belə bir təşəbbüs partiya rəhbərləri üçün də olmalıdır. Mən Hafiz Hacıyev hal-hazırda kirayələrdə qalıram".

Bunu moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, o, heç nəyə baxmayaraq dövlətçiliyə xidmətini davam etdirəcək:

"Mən dövlətçilik, qardaşım İlham Əliyevin yoldunda hər şeyimi qurban vermiş adamam. Ev nədir ki, bunun yanında? Amma kirayələrdə qalmaq da yaxşı hal deyil, mən də istəyirəm ki, nəvələrimin yanında başı uca olum. Sözün doğrusu, evlə bağlı bir neçə şəxsə ağız da açmışam, amma nəticəsi olmayıb. Görünən odur ki, biz evə sahib olmaq üçün gərək satqın, xəyanətkar olaq, vətənimizi sevməyək. Belə olsaydım yəqin ki, indi ev və villalarım olardı. Necə ki, hazırda belə satqınların saysız-hesabsız mülkləri var. Mübarizə adamları olan Rəsulzadə və Elçibəyin də evləri olmayıb, biz də elə insanlardanıq. Mərhumiyyətlər içərisində yaşayırıq, bir tikə çörək tapanda yeyirik, tapmayanda sakit durub dövlətçiliyimiz üçün xidmətimizi davam etdiririk. Amma rüşvətxor, korrupsioner məmurlar ayda 1 villa almasalar prezidentə, dövlətçiliyə qarşı bütün təxribatlara əl atırlar. Çox təəsssüflər olsun ki, ölkədə mənim kimi şəxslərə qiymət verilmir hələ də. Amma heç eybi olmaz, heç bir haqsızlıq məni tutduğum yoldan döndərməyəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR