"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu - Çempionlar Liqası

img

20-07-2017 [00:56]


Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilib.
 
İki matçda ümumilikdə 6:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan çempionumuz "Qarabağ”ın rəqibi müəyyənləşib.
 
Albaniyada keçirilən "Kukesi” – "Şerif” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ilk oyunda  1:0 hesabı ilə qalib gələn "Şerif" səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.
 
Çempionlar Liqası
 
II təsnifat mərhələsinin cavab oyunu
 
19 iyul
 
21:30. "Kukesi” (Albaniya) - "Şerif” (Moldova) - 2:1
İlk oyun – 0:1

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR