"Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün..." - Əftaltun Amaşov

img

19-07-2017 [21:11]


Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov jurnalistlərin evlə təmin olunması ilə bağlı prezident İlham Əliyevə minnətdarlıq edib.
 
Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Şura sədri bildirib ki, jurnalistlərimiz dövlət başçısının sayəsində zəhmətlərinin müstəsna bəhrəsini görüblər:
 
"Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk.
 
Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Media təmsilçilərimizə bu misilsiz hissi yaşatdığınıza görə minnətdarıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR