Ərəb ölkələri Qətərə qarşı tələblərin sayını azaltdı: "Ancaq 6 tələb yerinə yetirilməlidir!"

img

19-07-2017 [16:25]


Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Misir Qətər üçün tələblərin siyahısını azaldıb və ölkəni konkret müddət olmadan onları yerinə yetirməyə çağırıb. 

Bu barədə "Report" Amerikanın "Wall Street Journal" nəşrinə istinadən xəbər verir.

Qəzet yazır ki, ərəb ölkələri 13 tələb əvəzinə 6 ümumi "prinsipləri" formalaşdırıb.

"Sözsüz ki, biz hamımız kompromisi dəstəkləyirik, amma bu 6 prinsiplər ilə bağlı kompromis olmayacaq", – Səudiyyə Ərəbistanın BMT yanında nümayəndəsi Abdalla al-Mouallimi bildirib.

Yeni siyahıda "Əl-Cəzirə" peyk televiziya şəbəkəsini bağlamaq və islamçı təşkilatların bütün üzvlərini dərhal Qətərdən deportasiya etmək tələbi indi yoxdur. Bu dəfə ərəb ölkələri yeni "prinsiplərin" yerinə yetirilməsi müddətini müəyyən etməyib və vurğulayıb ki, onlar daha geniş xarakter daşıyır.

"Wall Street Journal"ın məlumatına görə, Qətərin nümayəndəsi bildirib ki, ərəb dövlətləri beynəlxalq birlik tərəfindən təzyiq şəraitində simalarını qorumaq məqsədi ilə bu addımı atıblar. O, yalnız region dövlətlərin vasitəçiliyinin köməyi ilə münaqişəni həll etməyə razılıq verib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Misir bu il iyunun əvvəlində Qətəri terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə müdaxilə etməkdə günahlandıraraq rəsmi Doha ilə diplomatik əlaqələri kəsib.

Digər xəbərlər
SON XƏBƏRLƏR