Suriyada müharibə nəticəsində 330 mindən çox adam ölüb - Hesabat

img

19-07-2017 [14:17]


Suriyada hərbi toqquşmalar nəticəsində 330 mindən çox adam ölüb.
 
APA-nın məlumatına görə, hüquq müdafiəçilərinin qiymətləndirməsinə əsasən, ölənlər arasında 100 minədək mülki şəxs, o cümlədən 18 mindən çox uşaq və 11,5 min qadın var.
 
Hökumət qüvvələri 117 min hərbçi və könüllü itirib. Silahlı müxalifət, müxtəlif terror qruplaşmaların üzvləri və əcnəbi muzdlular arasında itkilərin sayı 115 min nəfər təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR