Azərbaycan Kommunist Partiyası əlillərin müdafiəsinə qalxdı - Bəyanat

img

19-07-2017 [12:10]


Azərbaycan Kommunist  Partiyasının Mərkəzi Komitəsinin (KP MK) Bürosu bəyanat yayıb.

Mia.az-a büronun adından bəyanatı təqdim edən Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev deyib ki, son zamanlar, xüsusən də manatın iki dəfə devolvasiyasından sonra respublika əhalisinin sosial vəziyyəti xeyli dərəcədə pisləşib:
.
"Belə vəziyyətdən ən çox ziyan çəkən əlillər olmuşlar. Məhz bu səbəbdən 06.06.2017-ci il tarixində bir qrup əlil olan şəxslər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirmışlər. Buna səbəb isə əlillərin aldıqları müavinatların çox aşağı olmasıdır. Ona görə də partiya xüsusi bəıyanatla çıxış edib".

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosu bəyanat verərək, bildirib ki, respublikamızın malik olduğu təbii sərvətlərindən əldə edilən gəlirlər hesabına nəinki əlillərin, o cümlədən respublika təqaüdçilərinin və az təminatlı əhalinin aldıqları təqaüd və müavinatlarının artrılması mümkündür:

"Eyni zamanda Azərbaycan KP MK Bürosu qeyd edir ki, az yaşlı uşaqlar üçün respublikamıza gətirilən məhsullar və pal-paltarlar çox baha qiymətlə alıcılara təqdim edilir. Bu isə az təminatlı ailələr üçün problemlər yaradır.

Azərbaycan KP MK Bürosu əlillərin haqlı tələblərini dəstəkləməklə az yaşlı uşaqlar üçün gətirilən və istehsal olunan məhsullar dövlət himayəsinə götürülməsini və təqaüdçülərin, az təminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşdrılması istiqamətində tədbirlər görülməsini respublika hökumətindən tələb edir!".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR