Sanatoriya rəhbəri qəza törətdi - 1 nəfər öldü, 3 nəfər yaralandı

img

18-07-2017 [23:19]


Goranboyda qadın sürücünün idarə etdiyi avtomobilin aşması nəticəsində bir nəfər ölüb.

APA-nın xəbərinə görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri Ceyhunə Hüseynova öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi "Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb.

Qəza zamanı 1975-ci il təvəllüdlü Goranboyun Tapqaraqoyunlu sakini Hacıyeva Sahibə Cuma qızı ölüb. Sürücü, 1961- ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı və sərnişinlər 1969- cu il təvəllüdlü Tapqaraqoyunlu sakini Qarayeva Günarə Ağaəli qızı və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızı müxtəlif xəsarətlərlə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR