Azərbaycanlı aparıcının “AA” nömrəli maşını var - Foto

img

18-07-2017 [16:59]


ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlova "Gelandewagen" markalı bahalı avtomobili ilə görüntülənib.

Mia.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ağ rəngli son model maşında müğənni Natavan Həbibinin toy məclisinə yollanıb.

İ.Bədəlova bu avtomobilini artıq bir müddətdir idarə edir. "Gelandewagen"in orta qiyməti 100-150 min manat arasında dəyişir. Daha bir diqqətçəkən və ən önəmli məqam isə ondan ibarətdir ki, aparıcı avtomobilini "AA" seriyalı dövlət nömrə nişanı ilə sürür. Maşının üzərindəki nömrə 90-AA-518-dir.

Qeyd edək ki, qanunla "AA" seriyaları yalnız dövlət qulluqçularının xidməti maşınlarına, bəzi hallarda isə hüquqi şəxslərə verilir. Xanım aparıcının bu nömrə nişanını hansı yolla əldə etməsi isə ortaya suallar çıxarır.

Həmçinin qeyd edək ki, İ.Bədəlova ATV-də "Həkimsən" verilişinə aparıcılıq edir. Veriliş həftəiçi hər gün canlı yayımlanır. O, bu maşını ilə bir neçə fotosunu sosial şəbəkədə paylaşıb. Buna baxmayaraq, nömrə düşən hissəni qara rənglə işarələyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR