Məşhur alman təhlilçidən ABŞ-ın Rusiyaya qarşı sanksiyasına şərh - Sanksiya Azərbaycana da təsir edə bilər

img

18-07-2017 [10:20]


"Rusiya qarşı yürüdülən sanksiyalar ABŞ şirkətlərinə xeyir qazandıra, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə zərbə vura bilər, buna görə, yeni hazırlanan qanun layihəsinin indiki redaksiyada qəbul edilməsi yolverilməzdir".

Bu barədə alman diplomat, Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger "Wall Street Journal" nəşrində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Rusiyaya qarşı yürüdülən sanksiyalar məqsədinə çatmayacaq, lakin yeni problemlərin yaranması qaçılmazdır.

"Qanun layihəsinə detallı şəkildə yenidən baxılmazsa, Avropanın enerji təhlükəsizliyi ciddi təhdidlə üzləşəcək. Bu isə Avropa ilə ABŞ arasında mövcud olan münasibətlərə təsirsiz ötüşməyəcək. Yaranmış vəziyyət yalnız Rusiyaya sərf edəcək", – müəllif yazır.

İşinger əlavə edib ki, ABŞ-ın qanunvericilik orqanı tərəfindən hazırlanan qanun layihəsi Vaşinqtonun maraqlarına xidmət edir və Avropanın maraqlarını nəzərə almır.

Belə ki, Rusiyaya qarşı yürüdülən sanksiyalar həm rus, həm də avropalı şirkətlərin iştirak etdiyi "Şimal axını – 2" layihəsinə də təsir edir. Diplomat yazır ki, adıçəkilən boru kəmərinin tikintisinə dair iddialar həddən artıq şişirdilib: "Bu məsələ Vaşinqtonda həll olunmamalıdır. "Şimal axını – 2" Avropanın öz işidir və onun tikintisini Avropa qanunlarına istinadən avropalılar müzakirə etməlidir. Məsələn, avropalılar "Keystone XL" boru kəmərinin əleyhinə, özü də Avropa biznesinin lehinə qanun qəbul etsəydi, ABŞ buna necə reaksiya verərdi?".

Sədr əlavə edir ki, qanun layihəsi ABŞ-ın başqa ölkələrdə fəaliyyət göstərdiyi şirkətlərinə də neqativ təsir edəcək:

"Belə ki, "Lukoil" şirkətinin iştirakı səbəbindən Azərbaycandan Avropaya qaz nəqli dayandırıla bilər. Bu isə Avropa İttifaqının enerji təhlükəsizliyinə ciddi təhdiddir. ABŞ şirkətləri isə bütün dünya üzrə Rusiya şirkətləri işbirliyini dayandırmalı olacaq".

V. İşinger onu da deyib ki, sözügedən sənədin qəbul olunması Rusiyanın iştirakı ilə Qazaxıstandan neft ixracının 2/3-nin dayandırılmasına səbəb ola bilər: "Rusiyadan Avropaya bu həcmdə neft-qaz ixracının dayandırılması yolverilməzdir. Onların alternativi yoxdur".

Qeyd edək ki, "Lukoil" "Şahdəniz" layihəsində və Cənubi Qafqaz Boru Kəməri şirkətində 10% iştirak payına malikdir/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR