İmtahan cavabları açıqlandı

img

15-07-2017 [16:40]


2017/2018-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Mia.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 15 iyul saat 16:00-dan etibarən 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

Nəticələri DİM-in internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 508 namizəddən 470 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 154 nəfərini oğlanlar, 316 nəfərini qızlar təşkil edir. 285 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR