Sağlam həyat tərzinin formalaşdırılmasında mözusunda təlimlər yekunlaşdı

img

14-07-2017 [16:55]


Məlumat üçün bildiririk ki, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi artıq Bakı şəhəri Xətai rayonu Zakir Əhmədov adına 64 saylı tam orta məktəbdə "Yeniyetmə gənclərdə sağlam həyat tərzinin formalaşdırılmasında ictimai fəallığın artırılması” mözusunda təlimlərini yekunlaşdırmısdır. 

Təlim planına uyğun olaraq gördüyümüz işlərin sonunda ictimaiyyəti və kiv məlumatlandırmaq məqsədilə mətbuat konfransı keçiriririk. Geniş ictimaiyyətə məlumdur ki, təmsilçisi olduğum təşkilat uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq edir . Bu il də bizim təşkilat 2017-ci il qrant müsabiqəsində yuxarıda qeyd etdiyimiz öz layihəsi ilə iştirak edib. Şura da öz növbəsində bu layıhəni müsbət dəyərləndirərək qalib elan etmişdir. Məlumunuz olsun ki, layihə içtimai əhəmiyyətli bir sahəni əhatə edir. Mən öz çıxısıma böyük flosof Sokratdan sitat gətirməklə başlamaq istəyirəm. 

Hesab edirəm ki, bu fikirlə biz layıhənin mahiyyətini daha dolğun izah etmiş olarıq. Sokratdan soruşurlar: "Sən nə üçün çox vaxt yeniyetmələrlə həmsöhbət olursan?” Böyük filosof cavabında: "Ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir” söyləmişdir. Bilirik ki, hər hansı bir ölkənin gənc təbəqəsinin mənəvi aləminin zənginləsməsində, eləcə də təfəkkürünün, dünyagörüşlərinin formalaşması və inkişafında onun asudə vaxtının necə təşkili və keçirilməsi böyük xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, müasir Azərbaycan gəncliyinin böyük əksəriyyəti asudə vaxtlarını səmərəli şəkildə qura bilmir. Ardıcıl olaraq, bu da zaman-zaman müəyyən təhlükəli nəticələrin meydana çıxması ilə sonuclanır. Bu gün intellektual potensialın arxa planda qalması və üstəlik dərsdən sonra asudə vaxtın səmərəli təşkil edilməməsi sabahımızı müəyyən təhlükəli məqamlarla üz-üzə qoyur. Yaranmış bu boşluqları doldura bilməməyimiz nəticə etibarilə sabahımız olacaq gənclərin cəmiyyəti öz ağuşuna almış narkomaniyaya, alkoqolizmə, eyni zamanda radikal dini qruplaşmalarla əlaqələrə meyllənməsinə gətirib çıxarır. Üstəlik onlar gələcəkdə karyera və təhsil sahəsində də sərbəst seçim etmək bacarığını əldən vermiş olurlar. Yeri gəlmişkən, belə mənfi hallar təkcə bir ailənin və ya məktəbin qayğısı deyil, eyni zamanda dövlətin və bütövlükdə cəmiyyətin probleminə çevrilməkdədir. Buna görə də onlarda özünəinam hissinin gücləndirilməsinə ehtiyac vardır. Belə ki, müasir gənclərin içtimai fəallığının zəif olması sonradan özünü onların vətəndaş cəmiyyətinə asan adaptasiyasında və digər məsələlərin həllində müəyyən problemlərlə üzləşməsində qabarıq şəkildə göstərir. Hörmətli tədbir iştirakçıları! Çağdaş Azərbaycan gənclərinin böyük əksəriyyətinin sağlam həyat tərzi haqqında bilgiləri yetərli deyildir. Bununla yanaşı, onların ekologiya və onun insan sağlamlığına təsiri haqqında maariflənmələrinə də böyük zərurət yaranmışdır. Gənclərimizdə ətraf mühitə sevgi hisslərinin aşılanması üçün onların bu istiqamətdə bilik və bacarıqlarının genişləndirilməsinə də xüsusi ehtiyac vardır. Yeniyetmə gənclər arasında sağlam həyat tərzinin təbliği, içtimai fəallığı artırmaqla onların hər birini könüllülük hərəkatına cəlb etmək və bu işlərin müasir gənclərimizin sağlamlığına müsbət təsir edəcəyini anlatmaq öz həllini gözləyən son dərəcə vacib məsələlərdən biridir. Bəs belə sindromlardan xilas olmağın yollarını arayırıqmı?! Düşünürəm ki, bu tipli problemləri həll etmək üçün orta məktəblərdə sinifdənxaric tədbirlərin təşkili əvəzsizdir. Bəs layihə çərçivəsində bu istiqamətdə biz nələri yerinə yetirə bildik? Bunun üçün biz ilk növbədə öz təbliğatımıza təhsil müəssisələrindən başladıq. Şagirdlərin mənəvi aləminin zənginləşməsi, yaradıcı təfəkkürlərinin inkişafı, onlarda özünəinam, sağlam həyat tərzi və eləcə də ana təbiətə sevgi hisslərinin inkişafına nail olmaq üçün onlara sinifdənxaric işlərin təşkilini zəruri sayırıq. Bizi narahat edən əsas məsələlər yeniyetmələrdə özünəxidmət qaydaları, ətraf mühitə - təbiətə münasibətlərinin formalaşmasını reallaşdırmaq, zərərli vərdişlərin - siqaret, narkotik vasitələr, spirtli içkilər, eləcə də vərəm, hepatit viruslarının törətdiyi fəsadlar haqqında maarifləndirmək və içtimai fəallığı artırmaq üçün onların hər birini təbliğatçıya çevirməkdən ibarətdir. Hər bir faciəli hadisənin nə qədər ailənin ümid yeri olan uşaqları, yeniyetmələri tələf etdiyini nəzərə alsaq, bu tipli hadisələrin qarşısını almaqda vasitəçi olmaqla yanaşı, ölkənin gələcək vətəndaşlarını hələ uşaqlıqdan bu istiqamətdə maarifləndirməyin son dərəcə vacibliyinin də fərqində olarıq. 

Düşünürük ki, bu, indi həllini gözləyən çox vacib, təxirəsalınmaz problemlərdən biridir. Sevindirici hal budur ki, biz seçdiyimiz dairədə bu işin öhdəsindən müvəffəqiyyətlə gələ bildik.Təlimlər nəticəsində şagirdlərimizin mənəvi aləmi zənginləşdi, onların içtimai fəallığı artmaqla yanası yaradıcı təfəkkürləri inkişaf etmiş oldu , eyni zamanda özünəinam, sağlam həyat tərzi və eləcə də ana təbiətə sevgi hisslərinin inkişafına nail olduq. Bildirirəm ki biz 64 saylı tam orta məktəbdə 2 qrup formalaşdırdıq və hər bir qrupa 2 təlim və sonda mövzu ilə əlaqədar disput təşkil etdik. Onu da bildirirəm ki, biz şagırdlərimizi bu işlərə həvəsləndirmək məqsədilə onları xüsusi diplomlarla mükafatlandırdıq. Bizə təlimərimizin keçirilməsinə sərait yaratdıqlarına görə 64 saylı tam orta məktəbin direktoruna öz təşəkkürümü bildirirəm. 

Sonda layıhənin rəhbəri Əli Cəfərov jurnalistlərin suallarına cavab verdi və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR