Cocuq Mərcanlıya 1-ci köçürülmə yekunlaşır

img

14-07-2017 [13:21]


İyulun 17-də 50 ailənin Cocuq Mərcanlıya köçürülməsi yekunlaşacaq.

Bu barədə Modern.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalovməlumat verib.

X.Zeynalov deyib ki, həmin gün Biləsuvarda məskunlaşan məcburi köçkünlər kəndə köçürüləcək:
"Cocuq Mərcanlıya yerləşdiriləcək sonuncu 11 ailə ilə köçün ilkin mərhələsi yekunlaşacaq”.

Artıq bir neçə gündür Cocuq Mərcanlıda yaşayan kənd rəsmisi hər bir şəraitin olduğunu vurğulayıb:"Suyumuz, işığımız var, bu gün evlərə qaz da verildi. Bir neçə günə telefon da çəkiləcək. Şükürlər olsun, hər şeydən razıyıq”.

Qeydedək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindənolanvə əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumisahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.Həmin evlərdə 50 ailəyaşayacaq.

İkincimərhələdədaha100evintikintisihəyata keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR