Jurnalistlərin 3-cü binasının təməlqoyma mərasiminın vaxtı bilindi

img

14-07-2017 [11:47]


Jurnalistlər üçün tikiləcək 3-cü binanın təməlqoyma mərasimi iyulun 21-də keçiriləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və nazirliyin "Özünəməşğulluq-ailə biznesinə yiyələn” adlı jurnalistlər üçün elan etdiyi müsabiqənin mükafatlandırma mərasimində KİVDF-nin icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

V.Səfərli bildirib ki, növbəti ildən qaydalarda müəyyən dəyişiklik ediləcək:

"Bizdən maliyyələşən qəzetlərin əməkdaşlarından çalışdıqları qurumla bağladıqları müqavilələrin surətlərini tələb edəcəyik. Qaydalarda gündəlik, həftəlik, aylı1 qəzetdə neçə nəfər işləməli olduğu müəyyən ediləcək”.

Komissiya sədri bunu 2-ci binada mənzilə sahib olmaq istəyən jurnalistlərin əmək kitabçalarında aşkarlanmış nöqsanlarla əlaqələndirib:

"Əmək kitabçlarının doldurulmasında bəzi neqativ hallar aşkarlandı. Ondan sonra məlum oldu ki, jurnalistlərin sosial kartlarında 1 manat olsun vəsait toplanmayıb. Baxmayaraq ki, onlar əmək haqqı alırlar, qanuni əmək müqavilələri olmadığından bu vəsaitlərdən kartlarına ödənilmək üçün faiz tutulmur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR