Bakıda lift şaxtaya düşdü - Yaralanan var

img

13-07-2017 [20:26]


Bakıda liftin şaxtaya düşməsi nəticəsində 1 nəfər xəsarət alıb. Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada qeydə alınıb.

Mia.az Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.

Ona Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilkin yardım göstərildikdən sonra, 3 saylı şəhər Klinik xəstəxanasına aparılıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır kimi qiymətləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR