Şriftin ölçüsü / 338 dəfə oxunub

Sovet estradasının əfsanəsi vəfat etdi

13 Iyul 2017 [11:07]

Sovet estradasının əfsanəsi hesab olunan Tamara Мiansarova Moskvada 87 yaşında vəfat edib.

Bu barədə RİA "Novosti”-yə Tamara Miansarovanın əri Mark Feldman məlumat verib.

Onun sözlərinə görə, müğənni iyulun 12-də xəstəxanada dünyasını dəyişib. Tamara Miansarova ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Tamara Мiansarova 1931-ci il martın 5-də anadan olub.

Moskva konservatoriyasında təhsil alanda solo konsertlərlə çıxış edib.

O, "Qoy həmişə günəş olsun”, "Qara pişik” və başqa mahnıları ilə məşhurluq qazanıb.

APA



SON XƏBƏRLƏR