Şriftin ölçüsü / 789 dəfə oxunub

Brilliant Dadaşovadan şok addım - Ermənini təriflədi

12 Iyul 2017 [17:17]

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə gözlənilməz hərəkəti ilə diqqət çəkib.

Müğənninin erməni qarmon ifaçısı Varujan Şahbazyanın ifaları altında şərhləri yer alıb. Belə ki, Varujanın iyunun 4-də yayımladığı videosuna Brilliant "Super” şərhini yazıb. Erməni musiqiçi isə ona "Sağ ol, əzizim” cavabını verib.

Məlum olub ki, bu B.Dadaşovanın onun ifasına ilk reaksiyası deyil. Varujanın bir çox paylaşımının altında müğənnimizin şərhləri, əla və ürək işarələri ortaya çıxıb.

Varujan videoda Azərbaycan mahnısı ifa edib. Musiqiçi B.Dadaşovanın İnstaqram səhifəsini izləyənlər siyahısındadır. Bir müddət əvvəl V.Şahbazyanın "Youtube” kanalında B.Dadaşovanın "Ağ çiçəyim” mahnısını ifa edən videosu da yerləşdirilib.

B.Dadaşovanın bu hərəkəti azərbaycanlı istifadəçilərin hiddətinə səbəb olub. Onlar xalq artistinə tənqidi şərhlər yazıblar. Müğənni ilə əlaqə saxlamağa çalışsaq da, o, zənglərə cavab verməyib.

axşam.az




SON XƏBƏRLƏR