Həbs olunan general oğlunun maşınları - FOTOLAR

img

12-07-2017 [11:11]


Xəbər verdiyimiz kimi, general Novruzəli Orucovun oğlu Rüstəm Orucov "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub. R.Orucov vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Mia.az xəbər verir ki, Unikal.org general oğlunun idarə etdiyi avtomobillərinin görüntülərini əldə edib. 

Görüntülərdə general oğlu 10-OG-300 dövlət nömrə nişanını təkcə "BMW” markalı avtomobilində deyil, həmçinin ona məxsus "Galendevagen” markalı avtomobilində də istifadə edib.

Rüstəm Orucov həmçinin Bakıda bahalı avtomobillərin kütləvi yürüşünün iştirakçısı olub.

Həmin fotoları təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR