Türkiyənin tanınmış kino və teatr aktyoru Fikrət Hakan vəfat edib

img

11-07-2017 [10:43]


Türkiyənin tanınmış kino və teatr aktyoru Fikrət Hakan vəfat edib.

Məlumata görə, aktyor müalicə aldığı İstanbul Xəstəxanasında 83 yaşında dünyasını dəyişib.

Aktyor ağciyər xərçəng xəstəliyindən əziyyət çəkib.

F. Hakan 1934-cü ildə Balıkesir şəhərində anadan olub. Səhnə karyerası 1950-ci ildə "Üç göyərçin” tamaşası ilə başlayıb. İndiyədək 160-dan artıq film və serialda müxtəlif rollar yaradıb.

Aktyor həm də ssenarist və rejissor kimi fəaliyyət göstərirdi.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR