10-07-2017 [22:21]
Prezident İlham Əliyevin 1 iyul 2009-cu il tarixli 366 nömrəli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti (QSC) İstehsalat Birliyinə çevriləndən sonra gözləntilərin doğrulmaması qurumla bağlı böyük dəyişikliyin xəbərçisiidir.
Maraqlıdır ki, baş direktor Əkbər Hacıyev idaretmədə çevikliyi artırmaq, qurumun rəhbərliyinə yaxın olan şəxslərin hazırda rəhbərlik etdiyi artıq ştatları ləğv etmək, izafi xərclər və qaz itkisinin qarşısını almaq əvəzinə, "Azəriqaz"ın loqosunu büsbütün dəyişiib.
Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O, ironik formada "Bu gündən "Azəriqaz"ın loqosu dəyişildi. Artıq loqoda SOCAR göstərilməyəcək. Dedilər, nəsə yaman qızğın iş gedir", - deyə, bildirib.
Maraqlıdır, "Azəriqaz"ın loqosundan "SOCAR" sözünün də çıxarılması birliyin müstəqilləşdiriləcəyi planından xəbər verir, yoxsa?
Bu barədə sayta məlumat verən informasiyalı şəxs deyir ki, SOCAR-da "Beynəlxalq standartlara keçid” adı altında aparılan islahatlar zəminində bəzi müəssisələrin birləşdirilməsi, işçilərin ixtisara salınması və ya onların çoxunun dərəcələrinin aşağı salınması planlanıb. O cümlədən "Azəriqaz”da d a eyni halın təkrarlanacağı qaçılmazdır:
"Bildiyiniz kimi, hazırda SOCAR-ın tabeliyində olan və birbaşa neft hasilatı ilə məşğul olan müəssisələrdə bu proses gedir. "Beynəlxalq Standartlara keçid”in SOCAR-ın özündə bu ilin sonuna qədər yekunlaşdırılması gözlənilir.
Sizə deyim ki, bu proses təkcə SOCAR-ın neft sənayesi üzrə olan müəsssisələrində deyil, qurumun strukturuna daxil olan 26 idarə və istehsalat birliyinin hamısında aparılacaq. Hətta bəzi müəssisələrin birləşdirilməsi gözlənilir. Hal-hazirda struktur dəyişikliyi üzrə "Azneft” İstehsalat Birliyində son planlanma aparılır. Böyük ehtimalla iyul ayının 20-dən etibarən "Azəriqaz” İstehsalat Birliyində prosesə start veriləcək”.
Müsahibimizin sözlərinə görə, islahat pərdəsi altında "Azəriqaz”da xeyli işçilər ixtisara düşəcək:
"Hazırda hansı ştatların birdəfəlik ixtisara salınacağı, kimlərlə bağlanmış müqavilələrə xitam veriləcəyi məxfi saxlanılır ki, indidən birlikdə qalmaqal və səs-küylü hadisələr alovlanmasın. Amma fakt odur ki, SOCAR və ona bağlı olan digər müəssisələrdə tətbiq edilmiş variant "Azəriqaz”da da təkrarlanacaq. Yəni ixtisara salınacaq işciyə əmək haqqının 5 misli qədər maaş təklif ediləcək. Bundan əlavə, struktur bölmədə çalışan orta təhsilli şəxslər 5-ci dərəcəyədək düşürüləcək. Orta ixtisas təhsilli və mühəndis vəzifəsi adı altında çalışan şəxslərin dərəcələri 7-8-ci dərəcələrdək endiriləcək. İxtisası mühəndis olmayan ali təhsilli şəxslərin isə vəzifələrə uyğun olaraq 8-10-cu dərəcəyədək olan ştatlara yerləşdirilməsi aparılacaq. Bundan sonra isə qurumla bağlı daha bir qərarın veriləcəyini gözləmək olar".
Məlumatlı şəxs deyir ki, "Azəriqaz"ın SOCAR-ın tabeliyindən çıxarılaraq, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi variantı gündəmdədir:
"Güman ki, bu gün qurumun loqosunun dəyişdirilməsi və oradan "SOCAR" sözünün çıxarılması və digər dəyişikliklər də buna dəlalət edir. Yəni gözlənilir ki, İstehsalat Birliyi SOCAR-ın tabeliyindən çıxarılacaq. Bu planın qurumun daxilində yuxarıda qeyd edilən "islahat"ların başa çatmasından dərhal sonra baş verəcəyi ehtimalı realdır. Bu proses isə ən uzağı ilin sonuna qədər bitəcək".
Mia.az "Azəriqaz"ın bu günə qədər olan və bu gün isə tamam ilə yenilən hər iki loqosunu da təqdim edir:
Əvvəlki LOQO
BU GÜN DƏYİŞİLƏN VƏ YENİ LOQO
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək