BDU-da jurnalistika üçün vacib kitaba təqdimat keçirildi

img

10-07-2017 [14:37]


Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri; Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri; Beynəlxalq jurnalist hərəkatı" dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Tədbirdə BDU-nun professor-müəllim heyəti, mətbuat orqanlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir:

"Kitab 3 hissədən ibarətdir. İlk bölmədə dünyanın xəbər axınını təmin edən əsas informasiya agentlikləri ətraflı şəkildə araşdırılır.

İkinci bölmədə Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-dan başlayaraq çağdaş dövrün bütün agentlikləri - "Turan", "Trend", "Olaylar", APA, "Report", "Gündəlik Teleqraf", Modern.az və digər xəbər portalları, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatları tədqiqata cəlb olunub".

Tədbirdə digər media qurumlarının rəhbərləri də çıxış edib.

Qeyd edək ki, kitabın müəllifləri Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR