Şriftin ölçüsü / 104 dəfə oxunub

Jurnalist təşkilatı erməni vandalizmini pisləyir

06 Iyul 2017 [23:09]
"2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı növbəti vandalizm aktı həyata keçirib. Nəticədə Azərbaycanın Füzuli rayonunun Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva şəhid olub, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə ağır yaralanıb. Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qoymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfata və dağıntılara səbəb olan çox sayda cinayət törədib”.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi bu gün yaydığı bəyanatda təəssüflə qeyd edir ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən beynəlxalq birlik Ermənistanı bu cinayətkar əməllərdən çəkindirmək üçün təsirli tədbirlər görmür. Cəzasız qalacağına inanan Ermənistan təcavüzkar əməllərini davam etdirərək, təxribatlara ara vermir.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Ermənistanın dinc əhaliyə qarşı son vəhşiliyini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu vandalizm aktına biganə qalmamağa səsləyir. "Jurnalist Araşdırmaları Mərkəzi”nin üzvləri ümid edirlər ki, beynəlxalq təşkilatlar iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş vandalizm aktına həssa yanaşmaqla Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin qanun qarşısında cavab verməsini təmin edə bilərlər.






SON XƏBƏRLƏR