“Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi çağırış etdi

img

06-07-2017 [19:38]


"Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Beynəlxalq Təşkilatlarına (Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa Komissiyası, Avropa Komissiyasının Prezidentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-İN Parlament Assambleyasına, ATƏT-in Parlament Assambleyasının ofisinə, ATƏT-in PA sədrinə, ATƏT-in PA-nın vise prezidentlərinə, NATO-nun baş ofisinə , NATO-nun Parlament Assambleyasına ) müraciət edərək Füzuli rayonun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhranı və nənəsini qətlə yetirən erməni vandallarının hərəkətlərinə ciddi reaksiya verməyiə çağırıb. 

Müraciətdə deyilir:
İyulun 4-də Füzuli rayonu , Alxanli kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və onun iki yaşlı nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ermənilər tərəfindən tank əleyihinə qumbara atanla öldürülməsi faktı Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin nəticəsi və millətimizə qarşı vandalizm aktlarının hələ də davam etdiyinin bariz nümunəsidir.

28 ildən çox bir müddətdə, ölkəmizə düşmən kəsilən, 20 faiz torpaqlarımızı heç bir şeyə baxmayaraq işğal altında saxlayan, vətəndaşlarımızı doğma yurd yuvasından köçkün halına salan qonşu Ermənistan bu gün sülhsevər bəşəriyyətin üz qarasıdır.

1994-cü ildən beynəlxalq təşkilatlatında vasitəçiliyi ilə razılamaya əsasən davam edən atəşkəs rejimini davamlı pozan, əlinə düşən fürsətdə dinc sakinlərə zərər vuran, cəmi 3 milyon əhalisi olan qəsbkar ölkənin BMT, AŞ, AB, ATƏT-in Minsk Qrupu, İKT kimi nüfuzlu təşkilatlara meydan oxumasına son verməyin vaxtıdır.

Erməni vandalların dinc sakinlərin , xüsusilə də günahsiz körpələrin canına qiymasına laqeyidlik göstərməklə bu hadisələrin dəstək verəninə çervilmiş olacaqsınız. İnsanlığa qənim kəsilmış barbar hökumət və körpə qanına susamış canilər layiq olduqları cəzanı almalıdırlar.
Təmsil etdiyim "Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları adından və sülhsevər xalqımızın adından tələb edirəm ; qanına qəltan edilmiş Zəhra və onun kimi məsum uşaqların həyatını faciə ilə sonlandıranların qarşısında susmayın və haqq ,ədalət istəyimizdə yanımızda olun!



Digər xəbərlər
SON XƏBƏRLƏR