Zəhra və nənəsi dəfn olundu - FOTO

img

05-07-2017 [15:01]


Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan Quliyeva Sahibə İdris qızı və onun nəvəsi Quliyeva Zəhra Elnur qızı dəfn olunublar.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hər iki şəxs kənd qəbiristanlığında torpağa tapşırılıb.
 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR