Cocuq Mərcanlıda minatəmizləmə əməliyyatları başa çatıb

img

03-07-2017 [19:07]


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatıb.

ANAMA bununla bağlı yekun məlumat yayıb. Məlumatda bildirilir ki, ANAMA tərəfindən 126 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 138 901 ədəd qəlpə, 74 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 12 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 140 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 109 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

Aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 983 738 kv.m (298.37 ha) ərazi tam təmizlənib.

Beləliklə, Agentlik tərəfindən 25 yanvar 2017-ci il tarixindən 3 iyul 2017-ci il tarixinədək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatdırılıb, nəticədə ilkin mərhələdə 50 yaşayış evi, daha sonra 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR