FHN Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğda tədarükü elan edib

img

03-07-2017 [13:03]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru”, "Gəncə Taxıl Elevatoru”, "Abşeron Taxıl” MMC, "Dəvəçi-Dəyirman” MMC, "Karat-Holdinq” MMC, "Karmen” MMC, "Gəncə-Dəyirman” MMC, "N.Quliyev adına Bakı-Taxıl” ASC, "Aveta” MMC, "Neon” firması, "EL-Babatürk” MMC, "Pak-Nur” firması, "Xırman” MMC, "Rəşad” firması,”Səma”FF firması, "Avropa” firması, "Sarı sünbül” firması, "Azəri-Arapoğlu” US, T.Ltd BM və "Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyul ayının 3-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZNolmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün - 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə):

buğda üçün - 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:

-13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq : 3-cü sinifbuğda üçün- 23 faizdən az olmamaqla

- yapışqanlığın keyfiyyəti:(göstərici: 65-75)

VI. Şüşəvarilik:

3-cü sinif buğda üçün- 40% -dən az olmamaqla

VII. İyi və dad – bütün bitkilər üfunət, səməni,acıyovşan və ya dənli bitkilərə xas olmayan vəonların emalı məhsullarına keçən (kerosin, benzin,sarımsaq və buna oxşar maddələr) digər iy və dad- yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər- yol verilmir

IX. Anbar ziyanvericiləriilə sirayətlənmə- yol verilmir

X. Digər əlamətlər – bütün bitkilər üçünkarantin və iqtisadi cəhətdəntəhlükəli xəstəlik, zərərverici və alaqotlarının toxumları olan dən(heyvanların yoluxucu və ya tarladaqışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibitoksiki elementlər, radionukleidlər, pestisidlərləçirklənmiş dənlər, həmçinin ekoloji baxımdanəlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)- yol verilmir

Məlumatda bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Nazirlik əlaqə telefonları və qəbul məntəqələrinin ünvanlarını (900-dan 1800-a kimi) da göstərib:

  • "Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
  • "Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
  • "Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel: 012-342-90-04; 050-352-50-01;
  • "Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
  • "Karat-Holdinq”: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36;
  • "Karmen” MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93;
  • "Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75;
  • "N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81;
  • "Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87;
  • "Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27;
  • "EL-Babatürk” MMC: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73;
  • "Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
  • "Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
  • "Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00;
  • "Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
  • "Azəri-Arapoğlu” US, T.Ltd BM: Gəncə şəhəri, tel: 050-222-65-22;
  • ,”Səma” FF: Bakı şəhəri, tel: 050-311-52-51;
  • "Avropa” firması: Bakı şəhəri, tel: 050-255-48-88;
  • "Sarı sünbül” firması: Giləzi, tel: 050-212-29-66;

Daxili mal göndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlərbunlardır:

  • Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə "112” qaynar xəttinə müraciət etməkolar.



Digər xəbərlər
SON XƏBƏRLƏR