Yol çəkilişi zamanı faciə - Fəhlə ağır texnikanın altında qaldı

img

02-07-2017 [14:26]


"Azəravtoyol” ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Bakının Yasamal rayonunda, "Sovetski” kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR