SOCAR-ın qayığı dənizdə qəzaya uğradı – Yaralılar var

img

28-06-2017 [22:54]


Bu gün saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

Mia.az SOCAR-a istinadən xəbər verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. 

Hadisənin baş vermə səbəbləri araşdırılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR