Azərbaycan Qran Prisi liderdir - Ötmələrə görə...

img

28-06-2017 [22:43]


Rahim N. Aliyev,

f-1.az-ın baş redaktoru

****

Doğma Bakımızın küçələrində baş tutan yarış zamanı 137 ötmə qeydə alınıb – bu yarışa qədər liderlik edən Çin Qran Prisindən düz 83 ötmə çox…

Mercedes komandasının saytı hər Qran Pridən sonra yarışın ətraflı statistikası dərc edir: sürücülərin hər dövrədə göstərdiyi nəticələrdən tutmuş havanın və trasın yarışın gedişində dəyişən temperatur göstəricisinə kimi.

Mercedes komandasının hesabatına əsasən Bakı yarışı zamanı sürücülər 137 uğurlu ötmə reallaşdırıblar ki, bunlardan cəmi 25 ötmə DRS-in köməyi ilə baş tutub.

Hazırda Azərbaycan Qran Prisi ötmələrin sayına görə cari mövsümə başçılıq edir. İkinci yerdə isə 54 ötmə ilə Çin Qran Prisi qərarlaşıb, 3-cü olan Bəhreyn yarışında 48 ötmə qeydə alınmışdı.

Çox güman ki, komandanın saytında yalnız mövqe uğrunda deyil, həm də dövrəvi sürücünü ötmək də sayılır.

F-1.az komandanın saytına istinadən bildirir ki, cədvəldə sonuncu yeri cəmi 9 ötmə ilə Monako Qran Prisi tutur…

YerQran PriÖtmələr
cəmiDRS-ləliderlik uğrunda
1Azərbaycan137250
2Çin54100
3Bəhreyn48180
4Kanada36240
4İspaniya36182
6Rusiya1800
7Avstraliya1430
8Monako901



Digər xəbərlər
SON XƏBƏRLƏR