Şriftin ölçüsü / 190 dəfə oxunub

Xalq artisti Qəndab Quliyeva Binədə dəfn olunub - Anasının yanında...

27 Iyun 2017 [16:37]
Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva dəfn olunub.

"Report”un məlumatına görə, xalq artisti "Təzəpir” məscidində təşkil olunan vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olan Q.Quliyeva dünən, iyunun 26-da 67 yaşında dünyasını dəyişib. Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.


SON XƏBƏRLƏR