27-06-2017 [12:22]
Seymur Verdizadə
Bir neçə il əvvəl gənc yazarlar ustad sənətkarımız Bəxtiyar Vahabzadəni təhqir edəndə, onların cavabını şairin kürəkəni Ziya Əsədov vermişdi. Ziya müəllim söz adamı deyil, ixtisasca həkimdir, neçə illərdi xalqımızın sağlamlığının keşiyində dayanır. O vaxt ədəbi mübahisələrə uzun illər Bəxtiyar Vahabzadə ilə oturub-duran, çörək kəsən, onun yan-yörəsində fırlanan adamlarım ağızlarına su alıb durduğunu gördüyü üçün qoşulmuşdu...
Əslində, ədəbi müxalifətin cavabını şairin qələm dostları, yaradıcı adamlar verməliydilər. Keçmiş iş yoldaşım Seymur Baycanın da daxil olduğu qrup xalq yazıçısı Anarın əleyhinə yazılar yazanda, xalq şairi Fikrət Qoca qəzəbindən yerə-göyə sığmırdı. O vaxt Fikrət Qocadan müsahibə götürəndə, az qalmışdı ki, Seymur Baycanın əvəzinə məni döysün. Halbuki bu adamlar Anardan əvvəl Bəxtiyar Vahabzadəni təhqir edəndə, Fikrət müəllimin cıqqırı da çıxmamışdı. Bəxtiyar müəllim yalnız öz ailəsi üçün yazıb-yaratmayıb ki, onun müdafiəsinə oğlu, qızı, kürəkəni qalxsın. Bəxtiyar müəllimin təəssübünü çəkmək hər bir qələm sahibinin, hər bir ədəbiyyatsevərin borcudur.
Mən hələ Anarın mərhum xalq şairimiz Rəsul Rza haqda tənqid yazanlara necə həcv qoşduğunu xatırladıb, ürəyinizi bulandırmaq istəmirəm. Anar müəllimin yazdığı həcvlərdən sirkə-sarımsaq qoxusu gəlirdi. Hansı ki, bu ölkədə Rəsul Rzaya minnət borcu olan ən azı 50 yazar var...
Bir müddət əvvəl tanınmış politoloq Zərdüşt Əlizadə mərhum prezident Əbülfəz Elçibəyi təhqir edəndə, yenə analoji vəziyyət yarandı. Əbülfəz bəyin əqidə dostlarının, silahdaşlarının ağızlarına su alıb durduğunu görəndə, gənc Ərturqut meydana atıldı. O vaxt yazdım ki, Zərdüştün cavabını Elçibəyin oğlu verməməliydi. Əbülfəz bəyin dostlarının, silahdaşlarının böyük əksəriyyəti sağ-salamatdır. Elçibəyin vaxtilə vəzifə verdiyi, irəli çəkdiyi elə adamlar var ki, 110 kiloqram çəkimə rəğmən onların enli çiyinlərinin arxasında asanlıqla gizlənə bilərəm. Bu cür bığıburma kişilərin gənc Ərturqutu irəli verməsi tarixin ironiyasıdır. Elçibəyə dil uzadanların cavabı vaxtında verilsəydi, Ərturqutun meydana atılmasına ehtiyac qalmayacaqdı...
Təəssüflə qeyd etmək istəyirəm ki, şəhidlərə, şəhid ailələrinə münasibətdə də analoji laqeydlik hökm sürür. Şəhidlərimizin xatirəsinə çoxlu şeirlər yazıb, mahnılar bəstələsək də, əməldə onların adına layiq ola bilmirik. Çox uzağa getməyək, iki-üç gün öncə məlumat yayıldı ki, "Para” BOKT ASC aprel şəhidi Xaliq Əzizzadəni məhkəməyə çağırıb. Buna səbəb kimi şəhidin vaxtilə bankdan götürdüyü kreditin ödənişində fasilənin yaranması göstərilir. Ola bilsin ki, "Para” BOKT ASC-də şəhid ailəsinin banka deyil, bizim hamımızın şəhid ailəsinə borclu olduğumuzu anlayan bir Allah bəndəsi yoxdur. Bəs, cəmiyyət? Bunu şəhid Xaliq Əzizzadəni məhkəməyə çağıran yaramazlara başa salmaq, izah etmək çoxmu çətindir? Əgər hörmətli millət vəkilimiz Qənirə Paşayeva bu məsələni ictimailəşdirməsəydi, Əzizzadənin ailəsi uzun müddət məhkəmə salonlarında sürünəcəkdi. Axı Xaliq Əzizzadənin hüquqşünas oğlu, alim qızı, həkim kürəkəni yoxdur ki, onun təəssübünü çəksin...
P.S.”Para” BOKT ASC-yə ən tutarlı cavabı jurnalist dostum Zaur Əhməd verdi. Hansı ki, şəhid ailələrinə dil uzadanların cavabını vermək təkcə şəhid övladlarının vəzifəsi deyil...
qafqazinfo
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb