Trampın FTB-nin yeni direktoru postunda görmək istədiyi şəxs kimdir? – Yeni namizəd

img

27-06-2017 [10:57]


ABŞ prezidenti Donald Tramp Kristofer Reyin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyini baxılmaq üçün Senata təqdim edib.

Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

D.Tramp iyunun 7-də K.Reyin FTB direktoru postuna namizədliyini irəli sürdüyünü bəyan edib.

Yel universitetinin məzunu, 51 yaşlı Kristofer Rey 2003-2005-ci illərdə Ədliyyə naziri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda K.Rey "King & Spalding” hüquq şirkətinin rəhbərlərindən biridir/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR