Ramazan bayramı "Qara bayram" deyil..." - Fəlsəfə doktoru

img

26-06-2017 [18:20]


ATİF İSLAMZADƏ, Filologiya üzrə fəlsəfə doktoru


*****

Ramazan (həmçinin Qurban) bayramının başqa bayramlardan fərqi ondadır ki, üzrlü səbəbin yoxdursa, bu bayramın haqqini qazanmalısan. Bir ay boyunca tutduğun orucun mübərəkbadlığı qeyd etdiyin bayramdir.

Əslində ramazanın hər günü bayramdır. Şəvval ayının ilk günləri isə ramazana bağlanan bayramlar bayramıdır.Ramazan bayramı ramazanda olmaz, şəvvalda olar. Ancaq ramazan üçün olar, oruc üçün olar. Ramazan bayramı mübarək (bərəkətli) bayramdır. Nurlu bayramdır. Ağ bayramdır. Ramazan bayrami Qara bayram deyil. Qara ovqat deyil. Qaranlıq əhval deyil. Ramazan bayramının ilk iki əsas gününü qara geyib qaraya çevirmək olmaz. Dünyasını təzə dəyişənlər üçün evgəzdi, köhnə dəyişənlər üçün qəbir ziyarəti yaxşi əməl olsa da, bu Uca Allahın qara demədiyinə qara demək səviyyəsində olmamalıdır. Ziyarətin dəbi olmaz. Ziyarətin ədəbi olar. Ziyarət könül işidir. Bir-birinə göstərmə deyildir. Ziyarəti də elə edək ki bu mübarək bayramın bir hissəsi olsun, tamamı olmasın. Gözəl ibadət və dualarla,yüksək duyğularla, arzu və niyyətlərlə Ramazan bayramını keçirmək bu bayramın mahiyyətinə uyğundur.

Bir ay boyunca nəfsinə və cisminə oruc tətbiq edənlərin haqqına girmək olmaz. Bir ay boyunca yeyib-içib, gəzib, heç bir üzrü olmadan oruc tutmayanlar maraqlıdır ki, bu bayramı oruc tutanlardan daha çox dəbdəbə ilə qeyd edir. Sanki bunlar üçün oruc tutmaq fərz deyil, bayramı qeyd etmək fərzdir. Ramazan bayramının bir gününü bu il dünyadan köçənlərin şərəfinə təşkil olunmuş məclislərdə gəzmək, bir gününü isə qəbristanlığa getməklə yekunlaşdırmaq ən mübarək olan bayramın mahiyyətini öz istəyincə dəyişməkdən başqa bir şey
deyildir. Bu din deyil, adətdir. Adəti din yerinə, söhbəti Quran yerinə qoymaq dini yaşamaq deyil, dindən çıxmaqdır. 

Ümidimiz odur ki, bir gün hər şey öz yerini alar. Uca Allah bizləri bağışlasın inşəallah. Daha doğrusunu Allahu-Təala bilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR