5 manatdan 100 manatadək dəyişən rüsum tətbiq ediləcək - İki qanuna dəyişiklik edilir

img

26-06-2017 [09:39]


Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə publik hüquqi şəxs qismində Dövlət Reklam Agentliyi yaradılır.

Milli Məclisin İqtisadi siyasət, snaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a deyir ki, Dövlət Reklam Agentliyinin yaradılması müsbət addımdı:
"
Agentliyin işi düzgün qurulsa və səmərəli fəaliyyət göstərən nəzarət mexanizmi işlənilib tətbiq edilsə, açıq məkanda reklam sahəsindəkı çatışmazlıqlar aradan qalxacaq, bu sahədə bir sistem, sahman yaranacaq”.

Parlament üzvü bildirir ki, yeni qurumun yaradılması ilə əlaqədar iki qanunda dəyişiklik ediləcək: 
"İlk növbədə "Reklam haqqında” Qanunda açıq məkanda reklam yerləşdirilməsi və buna nəzarətlə bağlı müvafiq dəyişikliklər ediləcək. Eyni zamanda ”Dövlət rüsumu haqqında” Qanunda da dəyişikliklər edilməsi nəzərdə tutulur. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün 5 manatdan 100 manatadək dəyişən intervalda rüsum tətbiq ediləcək.Rüsumun bu cür differensillaşdırılması elə rasional qurulmalı və tətbiq edilməlidir ki, kiçik sahibkarlıq subyektlərinin reklama xərci minimum çıxsın. Yəqin ki, sözügedən qanunlardakı qeyd edilən həmin dəyişikliklər Milli Məclisin 30 iyun tarixli Plenar iclasında baxılıb qəbul ediləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR