Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

25-06-2017 [13:02]


İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, arabir güclənən  şimal-qərb küləyi  gündüz  mülayim  şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  19-21° isti, gündüz  29-31° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 70-80 %,  gündüz  35-45%  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti təşkil edəcək.
 
İyunun 27-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  28-33° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarına gəlincə, iyunun 26-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz  bəzi  dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb  küləyi  ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz  31-36° isti,  dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir. 
 
İyunun 27-də isə rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, şərq  küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz  22-27° isti olacağı gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR