"Biz Qarabağı azad etmək üçün ciddi proqramlar irəli sürəcəyik" - Partiya sədri

img

24-06-2017 [22:53]


"Müasir Müsavat Partiyası həm iqtidar daxilində olan, həm də müxalifətdə olan şəxslərlə danışıqlara başlayıb. Ölkəmizdə prezident seçkiləri yaxınlaşdıqca mənimlə əlaqə saxlayıb koalisiyaya getmək istəyənlər çoxalır. Mən bu adlara baxıb vətənimizə xəyanət etməyəcək şəxslərlə danışıqlar masasına əyləşəcəm”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, o, 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacaq:

"Partiyamız 3 ay bundan öncə prezident seçkilərinə qatılmaq barədə qərar qəbul edib. Müasir Müsavatda prezidentliyə namizəd olmağa yetərincə şəxslər olsa da, məni seçdilər. Təbii ki, mən də partiyanın bu qərarına uyğun olaraq 4-cü dəfə prezidentliyiə namizəd olacam. Azərbaycanın gələcək prezidenti ya mən olacam, ya da qardaşım İlham Əliyev. Bundan əlavə olaraq mənim kölgə kabinetim də hazırdı. Bəzi şəxslərin adını da çəkə bilərəm. Əli Məsimli, Vahid Əhmədov kimi dəyərli şəxslər bizim iqtidar dövründə yüksək vəzifələri tutacaq. Biz Qarabağı azad etmək üçün ciddi proqramlar irəli sürəcəyik. Bir şey də deyim ki, bizim əsas prinsip dövlətçilikdir, mən vəzifə üçün çalışmıram. Müxalifətə gəldikdə isə mənim komandamda Pənah Hüseyn, Sülhəddin Əkbər, Vurğun Əyyub kimi şəxslər təmsil oluna bilər. Neft sahəsində Sabit Bağırov kimi mütəxəssisdən istifadə edə bilərik. Mən çox adamların adlarını çəkə bilərəm. Amma hələ ki, çəkmirəm. İnsanları araşdırıram. Bu dəqiqə siyasətçilər gündə bir maska geyinir, min cildə girirlər. Buna görə də mən öz təcrübəmə arxalanaraq addımımı atacam. Biz çalışmalıyıq ki, 2018-ci ildə də hər zaman olduğu kimi azad seçkilər keçirilisn. Mən bu seçkidə ikinci yeri tutsam belə qalib gələn şəxslə koalisiyon formada iqtidarı idarə etməyə hazıram.”


Digər xəbərlər
SON XƏBƏRLƏR