24-06-2017 [17:34]
Son illər ölkəmizdə baş verənlər onu göstərdi ki, bizlər hələ nə Vətənimizə, nə Dövlətimizə, nə də bu yolda canından keçənlərə sahib çıxmağı tam öyrənməmişik. Məncə, bunu öyrənmək də mümkün deyil. Bir cəmiyyətin qanında bu varsa, var, yoxdursa, keçmiş olsun...
Düzü, bu barədə yazmaqdan yorulmuşam. Hətta utanıram. Hər gün mətbuatda bir xəbər oxuyursan. Şəhid ailəsinə sayğısızlıq edildiyini eşidəndə adam yerində dura bilmir. Neçə vaxtdır ki, dişimi sıxıb dayanmışam. Şəhid adının layiq olmadığı müstəvidə çəkilməsini istəmirəm. Bu mövzudan yazmaqdan əzablı və rəzil bir şey yoxdur. Diqqət edirəm, artıq bu mövzudan başqa yazı da yazmıram. Amma deməsən də, yazmasan da olmur. Başımızı aşağı salıb nə vaxta kimi susacağıq? Hansısa məmur şəhid ailəsinə sayğısızlıq edirsə, burada susmağın özü ən böyük sayğısızlıqdır.
İşə baxın e... Bank şəhidi məhkəməyə verir, məhkəmə də onu hesab sormağa çağırır. Deməli, "Para" BOKT ASC Aprel şəhidi Xaliq Əzizzadəni məhkəməyə verib. Bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşıb. Deputat bildirib ki, Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb. Bu status medianın gündəmini zəbt edir. Məsələ böyüyür. Bu xəbərin üstündən qısa müddət keçir, aləm bir-birinə dəyir. Millət vəkili növbəti açıqlama verərək bildirir ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub: "Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.
Bu, acı bir gerçəklikdir. İllər boyu bu xalqın boğazından kəsilərək bahalı kreditlərlə milyonlar yox, milyardlar qazanan bank bir şəhidin borcunu bağlaya bilməzdimi? Axı, o borc bank müdirinin bir gecədə xərclədiyi puldan o qədər də çox deyil.
Qanun hamı üçündür, borc qaytarılmalıdır, amma... Ammadan sonra çox şey demək olar, ona da layiq deyilsiniz.
Sizlər övladlarınıza, atalarınıza, qardaşlarınıza, ərlərinizə sarılanda onlar mərmər daşları qucaqlayırlar. Sizlər müharibənin qanlı-qadalı günlərində gözə görünməmək üçün gizlənəndə onlar əzizlərini bilə-bilə ölümə göndərirdilər. Sizlər evinizdə şad-xürrəm bir arada olanda onların nə bayramı bayram idi, nə şadlığı şadlıq.
İllər ötüb müharibənin od-alovuna ara verilib, qan-qada, ölüm-itim də azalıb. Artıq ard-arda şəhid cənazələri qalxmır. Nə yaxşı ki, hər gün bir evə od düşmür. Nə yaxşı ki, daha bir ata övlad itirmir, uşaq yetim qalmır, qardaş-bacının boynu bükülmür, qadın yarını itirib qaragünlü olmur. Görəsən, bütün bunların nə olduğunu anlayanlarımız nə qədərdir?
Bizdə hər şey imitasiyadır. Demokratiya, iqtisadi inkişaf, humanizm, ədalət, həqiqət, Vətən sevgisi, daha nələr... Aprel döyüşlərində maşınına bayraq bağlayanlar, hardasınız? Niyə şəhidin adına o boyda borc yazan bankın, bir ildir acılar içində qıvrılan şəhid ailəsinin evinə çağırış göndərən məhkəmənin önünə gəlmədiniz? Niyə şəhidin ailəsinə sayğısızlıq edən məmurları fitə basmadınız? Bunun üçün də prezident, yaxud birinci vitse-prezident müdaxilə etməlidir?
Deyəsən, biz artıq millət olmağı da imitasiya etməyə başlamışıq. Odur ki, silkələnmək, özünə gəlmək və dəyərimizə sahib çıxmaq zamanıdır.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)