İlham Əliyev iki səfiri geri çağırdı, bir təyinat imzaladı - Sərəncam

img

23-06-2017 [18:35]


Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Mia.az biildirir ki, sərəncama əsasən, Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

*** 

Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezidentin başqa bir səəncamı ilə isə geri çağırılan Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Rəhman  Mustafayev


Digər xəbərlər
SON XƏBƏRLƏR