60 bank filialı və şöbəsi gücləndirilmiş iş rejiminə keçdi

img

23-06-2017 [15:37]


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə "2017 Formula 1 Azərbaycan Qran-prisi" ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan Mia.az-a verilən məlumata görə, Azərbaycanda 2-ci dəfə keçiriləcək yarışları izləmək üçün Bakıya gələcək çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Bundan əlavə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 2 filial və 6 şöbəsi 24 saat fəaliyyət göstərəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı