Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

23-06-2017 [12:55]


İyunun 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah Bakıda şimal küləyi gündüz mülayim  cənub-şərq küləyi  ilə əvəz  olunacaq. Havanın temperaturunun gecə 18-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  761 mm civə sütunundan 758  mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 70-80 %,  gündüz  45-55%  təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda  22-23° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb  küləyi  gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-32° isti, dağlarda gecə  8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı