TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində Yardımlıda tədbir keçirib - FOTOLAR

img

22-06-2017 [23:25]


"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Yardımlı rayon İcra Hakimiyyəti ilə birlikdə "İslam həmrəyliyinin təbliğində region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirib. 

Birlikdən Mia.az-a verilən məlumata görə, tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, din xadimləri, QHT fəalları, gənclər və jurnalistlər iştirak ediblər. Toplantı iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

"Türkiyə Universitetləri Məzunları” İctiimai Birliyinin sədri Çingiz Bayramov tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan bayramı və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü münasibətilə təbrik edəndən sonra dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. 

Azərbaycanın dünyəvi dövlət olduğuna diqqət çəkən TUMİB sədri ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını vurğulayıb. Ç.Bayramov bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyi üçün tarix boyu dinlər və mədəniyyətlər arasında körpü rolunu oynayıb.

Ç.Bayramov həmçinin Azərbaycanın Ulu öndəri Heydər Əliyevin dini icmalara qayğı ilə yanaşdığını xatırladıb. 

Natiq deyib ki, əsası ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. TUMİB sədri bildirib ki, Azərbaycanda mövcud olan dövlət-din müsabibətləri bir model olaraq dünya xalqları üçün parlaq nümunə sayıla bilər.

Tədbirdə həmçinin Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Süleymanov, Yardımlı şəhər məscidinin icma sədri Asif Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Elvin Hüseynli, Yardımlı şəhər 1 saylı tam orta məktəbin müəllimi Mirhümbət Səmədov, TUMİB üzvü Cavid Camalov və başqaları çıxış edərək, Azərbaycan xalqının qədim tarixə, tolerant ənənələrə malik olduğunu bildiriblər. 

Natiqlər qeyd ediblər ki, ölkəmizdə hakim olan sağlam mənəvi mühiti qoruyub-saxlamaq və inkişaf elətdirmək hər bir azərbaycanlının borcudur.





Digər xəbərlər
SON XƏBƏRLƏR