TV-yə basqın edənlərdən biri həbs edildi, 2 nəfər axtarılır - Polis və prokurorluqdan birgə rəsmi məlumat

img

22-06-2017 [19:28]


Baş Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Xətai rayonu ərazisində törədilmiş quldurluqla bağlı birgə məlumat yayıb.

Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 15-də saat 01 radələrində Xətai rayonu ərazisində yerləşən "Ailə” şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olub. Onlar gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb:

"Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq