FHN-ə yeni səlahiyyət verildi - Prezident fərmanı

img

22-06-2017 [15:02]


Prezident İlham Əliyev "Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” fərmana dəyişiklik edib.

Mia.az xəbər verir ki, yeni fərmana əsasən, "Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”nin 3.3-cü bəndinin dördüncü abzasından "radioaktiv tullantıların,” sözləri çıxarılıb.

Həmin Fərmanla təsdiq edilmiş "Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilib:

"2.2. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR