"Adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq" - Müdafiə Nazirliyindən düşmənə kəskin xəbərdarlıq

img

22-06-2017 [11:15]


Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR