Cəlilabadda yanğının əhatə dairəsi genişlənib, xəsarət alan var - Video(YENİLƏNİB)

img

21-06-2017 [19:57]


Cəlilabadda bazarda baş verən yanğın lokallaşdırılıb.

Artıq yanğın söndürülmək üzrədir. Təkcə bir mağazada alov müşahidə olunur. İlkin məlumata görə, yanğın zamanı 16 mağaza içərisindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Qeyd edək ki, hadisə zamanı bir nəfərdə xəsarət alıb.


***

Cəlilabadda baş verən yanğının əhatə dairəsi genişlənib.

Əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Artıq 10 mağaza yanaraq sıradan çıxıb. Yanğın zamanı bir nəfərin xəsarət aldığı deyilir.

*** 18.44

Cəlilabadda bazarda yanğın baş verib.

Hadisə Cəlilabad rayonu ərazisində yerləşən, "İran bazarı" kimi tanınan ərazidə qeydə alınıb.

Cehiz əşyaları satılan hissədə qeydə alınan yanğın artıq 4 mağazanı əhatə edib.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Küləkli hava yanğının söndürülməsinə mane olur.

Yanğının başvermə səbəbləri hələlik məlum məlum deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR