Jurnalist təşkilatı Masallıda tədbir keçirib - FOTOLAR

img

21-06-2017 [16:19]


"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Masallı rayon İcra Hakimiyyətinin dəstiyilə Masallı şəhərində "İslam həmrəyliyinin təbliğində media il dini icmaların birgə əməkdaşlığına dəstək” mövzusunda tədbir keçirib.

Birlikdən Mia.az-a verilən məlumata görə, Masallı rayon Gənclər Evində baş tutan tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, din xadimləri, QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azərbaycanın tolerant ölkə olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə heç vaxt dini-etnik zəmində qarşıdurma baş verməyib.

 Natiq Azərbaycanda sağlam mənivi mühitin yaranmasında medianın özünəməxsus rol oynadığını bildirib. S.Verdizadə deyib ki, media qurumları ilə dini icmalar arasında əməkdaşlığın genişlənməsi Azərbaycan cəmiyyətinə yeni pespektivlər vəd edir.

Tədbirdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, Masallı rayon Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov və başqaları çıxış edərək, vətəndaş cəmiyyəti institutları ilə dini icmalar arasında əlaqələri genişləndirməyin vacibliyini qeyd ediblər. 

Çıxış edənlər bildiriblər ki, Azərbaycan hakimiyyətinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə milliliklə müasirliyin vəhdətini yaratmaq mümkün olmuşdur.





Digər xəbərlər
SON XƏBƏRLƏR