Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

img

21-06-2017 [11:10]


İntellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı "Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən Peşəkar İntellekt Liqasında növbəti tur keçirilib. 

Pesəkar İntellekt Liqasının 13–cü oyun turu Odlar Yurdu Universitetində təşkil olunub. Universitetin İntellekt Mərkəzində keçirilən turda 20–dən artıq komanda öz biliklərini nümayiş etdirib. Həmçinin, bu oyunda Odlar Yurdu Kolleci də çox uğurla iştirak etmişdir. Odlar Yurdu Universitetinin təşkilati dəstəyi ilə Xəzər İntellekt Gənclər Klubu tərəfindən həyata keçirilən Pesəkar İntellekt Liqası layihəsinin əsas məqsədi komandalar və iştirakçıların vahid təqvim vasitəsilə yarışması, təhsilin keyfiyyətinin artırılması, rəqabətli mühitin yaradılması, gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi və intellektual oyunlar hərəkatının genişləndirilməsidir.

Odlar Yurdu Universitetində tələbələrin intellektual səviyyəsinin inkişafı və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə yaradılan İntellekt Mərkəzi təhsilin keyfiyyətinin yüksəldilməsini özünün ən vacib vəzifələrindən biri hesab edir. Yay fasiləsindən sonra Liqanın oyunları mütəmadi olaraq Odlar Yurdu Universitetində keçiriləcəkdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR