Deputatlar Qazaxıstana gedir

img

17-06-2017 [17:39]


Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev "İnnovativ iqtisadiyyata qanunvericilik dəstəyi” adlı beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, tədbir Qazaxıstan Parlamenti Məclisi tərəfindən bərpa olunan və alternativ enerji mənbələrinə həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq Sərgisinin hədəf və məqsədlərinin təşviqi ilə bağlı həyata keçirilir.

Deputatlarımız səfər çərçivəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 3-cü iclasına da qatılacaqlar. Toplantıda "Alternativ enerji mənbələrinin inkişafı” mövzusunda müzakirələr aparılacaq.

Səfər iyunun 22-də başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR