“Azərişıq” Veteranlar Təşkilatının işığını kəsdi

img

16-06-2017 [14:05]


"Azərişıq” ASC tərəfindən Azərbaycan Respublikası Veteranlar Təşkilatının inzibati binasının elektirik təchizatı dayandırılıb. 

Bu barədə AzVision.az-a Veteranlar Təşkilatından məlumat verilib. Bildirilib ki, artıq 3 gündür təşkilatın binası işıqsız qalıb, rəhbərliyin problemin aradan qaldırılması istiqamətində atdığı addımlar nəticə vermir: 

"Təşkilatımızın yeni binaya köçməsindən ötən 3 il müddətində "Azərişıq”la elektirik enerjisinin verilməsinə dair müqavilə bağlanmayıb. Əvvəl bizə deyildi ki, bina Müdafiə Nazirliyinin balansında olduğundan müqavilə imzalanmasına ehtiyac yoxdur. İndi isə yaranmış borcun tamamilə ödənilməsindən sonra müqavilə imzalanacağını deyirlər”.

Qeyd edilib ki, təşkilat yaranmış borcun ödənilməsindən imtina etmir: "Biz borcun ödənilməsindən imtina etmirik. Sadəcə, müqavilə bağlanarkən yaranmış 9000 manat borcun hissə-hissə ödənilməsini istəyirik. Biz deyirik ki, müqavilə bağlansın və yaranmış borc hissə-hissə, məsələn ayda 500-1000 manat şəkilində ödənilsin. Birdəfəlik ödəmək imkanımız yoxdur. "Azərişıq” bununla razılaşmır”. 

Məlumata görə, yaranmış problemlə bağlı Veteranlar Təşkilatının rəhbərliyi tərəfindən baş nazirin müavini Əli Əhmədova məktubla müraciət edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR