Ucarda məzunlar ağır qəzaya düşdü

img

14-06-2017 [16:29]


Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində minik maşınlarında olan sürücü və sərnişinlər XI sinif məzunlarıdır.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda əsarət alanların şəxsiyyəti təqiqləşdirilir. 

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR