Dövlət Opera və Balet Teatırının solisti Türkiyədə vəfat etdi - Dəfni Bakıda olacaq

img

13-06-2017 [23:42]


Antalya Dövlət Opera və Balet Teatırının solisti Muxtar Rəsuloğlu vəfat edib.

"Qaynarinfo" xəbər verir ki, bariton səsli sənətçi 59 yaşında dünyasını dəyişib.

O, uzun müddət xərçəng xəstələyindən əziyyət çəkib. Muxtar Rəsuloğlu müalicə olunduğu Akdeniz Universitetinin Xəstəxanasında vəfat edib

Muxtar Rəsuloğlu 1999-cu ildə Azərbaycandan Antalyaya köçüb və Antalya Dövlət Opera və Balet Teatırında çalışmağa başlayıb. O, iki il əvvəl xərçəng xəstəliyinə yoluxub. Ötən ay bir neçə əməliyyat olunan sənətçini həkimlər xilas edə bilməyib.

Ailəsi Azərbaycanda yaşayan mərhumla vida mərasimi sabah Antalya Dövlət Opera və Balet Teatırının qarşısında düzənlənəcək və daha sonra cənazə vətənə gətiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub